Menu

Fransızlar “Qarabağ”ı erməni klubu kimi təqdim etdi - Foto

06.11.2014, 15:36
Fransızlar “Qarabağ”ı erməni klubu kimi təqdim etdi - Foto

Məlum olduğu kimi, Fransanın “Sent-Etyen” klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri də son Azərbaycan çempionu “Qarabağ”dır.

“Futbolinfo.az” xəbər verir ki, yerli “Ekip” (www.lequipe.fr) nəşri də bu gün "ağ-yaşıllı" komandanın qrupdan çıxmaq şanslarını təhlil edən yazı dərc edib.

Həmin yazıda qrupdakı digər komandalarda olan "İnter" (İtaliya) və "Dnepr"in (Ukrayna) hansı ölkəyə mənsub olduğu düzgün göstərilsə də, "Qarabağ"la bağlı informasiya düzgün yerləşdiriləməyib. Hər zaman mənfur qonşularımız ermənilərin və onların ölkəsinin tərəfini saxlayan fransızlar bu dəfə də öz çirkin niyyətlərini güzlətməyiblər. Belə ki, həmin yazıda "Qarabağ" Azərbaycan yox, məhz Ermənistan klubu kimi təqdim olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol