Menu

“Əgər Putin yaşasa, görəcək ki, Ukrayna necə NATO-nun üzvü olub” - Diplomat

04.06.2022, 18:46
“Əgər Putin yaşasa, görəcək ki, Ukrayna necə NATO-nun üzvü olub” - Diplomat

Putin NATO-nun genişlənməməsini tələb edib, amma bunun əksinə nail olub.

Hələ Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi təcavüzünə qədər müstəqil Ukrayna ərazisində işğalçı ölkənin Prezidenti Vladimir Putin NATO-nun genişlənməməsini tələb edib, amma bunun əks effektinə nail olub.

Radio NV-nin efirindən bu fikri Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko səsləndirib.

«Əgər o, sağ qalarsa, əlbəttə. Əgər belə olmazsa, onun varisi görəcək ki, Ukrayna Alyans üzvü olacaq. Nə qədər qışqırsalar da, nə desələr də. Bunlar elə şeylərdir ki, onları dayandırmaq olmaz, çünki insanların azad olmaq hüququnu inkar etmək olmaz. Bu, Moskvanın başına girmir, çünki orada azadlıq, ləyaqət, şərəf - kosmosdur…» - diplomat qeyd edib.

AzPolitika.info

Şərhlər

Eli 2022-06-04 19:17:59

Mükemmel fikirlerdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol