Menu

DÇ-2022: Avropadan son vəsiqənin sahibi müəyyənləşib

05.06.2022, 22:42
DÇ-2022: Avropadan son vəsiqənin sahibi müəyyənləşib

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatına Avropa zonasından son vəsiqənin sahibi müəyyənləşib.

"Report"un məlumatına görə, Uels yığması 64 ildən sonra bu hüquqa yiyələnib. Robert Peycin baş məşqçi olduğu kollektiv pley-off mərhələsinin final qarşılaşmasında Ukraynaya qalib gəlib - 1:0. 34-cü dəqiqədə Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko avtoqol müəllifi olub.

Uels millisi ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını 1/4 finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.

Uels yığması futbol üzrə 2022-ci il dünya çempionatında B qrupuna düşüb.

Rəqiblər İngiltərə, İran, və ABŞ olacaq. DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərdə təşkil olunacaq.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol