Menu

Bir nəfərin təhsil almasına sərf olunan orta xərc açıqlanıb

06.06.2022, 12:18
Bir nəfərin təhsil almasına sərf olunan orta xərc açıqlanıb

2021-ci ildə bir nəfərin təhsil almasına sərf olunan orta xərc 1767 manat təşkil edib.

APA xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Nazir müavini bildirib ki, təhsil pillələri üzrə təbii ki, bu fərqlidir: “Ən böyük göstərici 2604 manat ali təhsildədir. Peşə təhsilində 1567 manat və ümumitəhsil pilləsində 1125 manatdır. Bu vəsait bizə beynəlxalq standartlara uyğun təhsilin təşkil edilməsi üçün kifayət etmir. İlk növbədə biz bu sahədə digər ölkələrin göstəricilərinə diqqət yetiməliyik. Bizim göstəricimiz digər ölkələrdən dəfələrlə, təxminən 2-3 dəfə aşağıdır. Təbii ki, təhsil xəcləri artmalıdır. Bu artım tendensiyası artıq bir neçə ildir müşahidə edilir. Digər bir məqam təhsil xərclərinin strukturluluğudur".

Şərhlər

Mən Bəhi 2022-06-06 13:25:45

Kənar adi vətəndaşam. Amma, saysız sahə amillərini anlamayan və qətiyyətlə deyirəm-təsadüfi şəxslərin hansı vəzifəyə gəldi təyinatı belə nəticələr verir? Hələ 50 il öncə AzSSRdə hər sahədə adambaşına xərc, məhsul vahidinə xərc, təsərrüfat hesabları tələb olunurdu? Peşə təhsili söz birliyi heç bir anlama gəlmir? Peşə təlimini iqtisadiyyatın aid sahəsi ÖZÜ öz hesabına özü verməlidir! Hazırda daha yüksək savadlı adamlar işsizlikdən istənilən peşədə daha qabiliyyətlə işləməyə məcburdurlar?!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol