Menu

Latviya Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib

06.06.2022, 14:29
Latviya Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib

Latviyanın Elektron KİV üzrə Milli Şurası ölkədə Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şuraının başçısı İvars Abolinş bildirib.

“Bu qərar iyunun 9-dan qüvvəyə minəcək. Rusiya Ukraynaya qarşı müharibəni dayandırmayanadək qüvvədə olacaq”, - o qeyd edib.

Məlumata görə, başqa telekanallarla yanaşı, “E TV”, “İllüzion”, “Kino24”, “Mir TV”, “Oxota və rıbalka”, “Perets”, “Russki İllüzion” da qadağan edilib.

Bu il martın 1-dən isə “Mir 24” və “RTVI”nin yayımı qadağan olunub.

Şərhlər

B.Qarabağlı 2022-06-06 16:11:26

Azərbaycan Vətəndaşları və dövləti öz dost-müttəfiqlərini necə seçir və baxır? De facto narazı ayrılmış Latviya RFnın azı 80 kanalını izləyirmiş? Bəs, Kremlin müttəfiqi Bakı, MDB üzvü Azərbaycan yuxarı Qarabağ da daxil RF TV kanallarını, mətbuatını nə dərəcədə izləyə bilir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol