Fələstin lideri Mahmud Abbas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, R.T.Ərdoğan İsrail əsgərlərinin “əl-Əqsa” məscidinə etdiyi basqınla bağlı M.Abbasdan məlumat alıb.
Hücumla bağlı məlumat verən M.Abbas Türkiyənin köməyinə ehtiyac duyduqlarını bildirib. R.T.Ərdoğan isə mövzu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının üzvləri ilə danışıqlar aparacağını söyləyib.
Bildirək ki, Türkiyə başçısı Fələstinin HƏMAS müqavimət hərəkatının siyasi ofisinin rəhbəri Xalid Məşəl ilə də danışıqlar aparıb.

Şərhlər