Menu

“Əllərini qaldır və təslim ol!”- Kadırov yenə Zelenskini ölümlə hədələyib

06.06.2022, 17:10
“Əllərini qaldır və təslim ol!”- Kadırov  yenə Zelenskini ölümlə hədələyib

Çeçenistan lideri Ramazan Kadırov Ukrayna prezidenti Volodimir Zelenskini ölümlə hədələyib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Kadırov özünün şəxsi telegram kanalından paylaşım edib.

Ukraynalıları “şeytan” adlandıran Kadırov, yaxın günlərdə əsl xüsusi əməliyyatın başlayacağını bildirib: “Şeytanlar təkcə ələ keçirdiyimiz şəhərlərdən deyil, bütün Ukraynadan təmizlənəcək. Onların necə qaçdığını hamı görəcək”.

Kadırov videomüraciətində yaxın günlərdə döyüş meydanında yeni taktikaların işə düşəcəyini açıqlayıb: “Xüsusi əməliyyatın icrasında daha effektiv və daha sürətli nəticələr əldə etmək üçün addımlar atırıq. Sözlərimin təsdiqi olaraq sizə nasistlərin və iblislərin texnikasının necə məhv edildiyini video sübutlarla göstərəcəm”.

“Mən Zelenskiyə sonuncu dəfə xəbərdarlıq edirəm! Əllərini qaldır və təslim ol. Əks halda öləcəksən”- deyə, Kadırov bildirib.

“AzPolitka.info”

Şərhlər

t.ədalət 2022-06-07 10:09:59

Bu gədənin çıxışlarını oxuduqca adamın əti tökülür..

ukraynalı! 2022-06-06 19:22:27

bunun özü iblisdir!

Eli 2022-06-06 17:29:56

Meğrur Çeçen Xalqının “Üz qarası”,”yuyulmamış qaşıq” ,darıxma Senin de “Haqqını” nökeri olduğun Alkaş Ruslar verecek.Meger Sen görmedin rusın xüsysü orqanları Senin Vetenini ,Milletinin başına ne oyun açdı ve indi de açmaqdadır Seni Ukrayna xalqı ike qan düşmeni etdiler.Sen ancaq üç qepiye deymeyen derini qorumaq iqtidarındasan, başqa heç neye yaramırsan ve senin dersini Zaman ve Tarix verecek.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol