Menu

“Mənim ömrüm bunu görməyə yetməyəcək” – ABŞ-ın Rusiyadakı səfiri

06.06.2022, 21:19
“Mənim ömrüm bunu görməyə yetməyəcək” – ABŞ-ın Rusiyadakı səfiri

“İki ölkənin yaxın gələcəkdə münasibətlərini daha məhsuldar etməsi mümkün görünmür”.

“AzPolitika.info” xəbər veri ki, bunu Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Sallivan TASS xəbər agentliyinə müsahibəsində deyib.

“Rusiya və ABŞ-ın heç vaxt daha məhsuldar münasibəti olmayacağını deməyə tərəddüd edirəm. Bunun nə qədər çəkəcəyini deyə bilmirəm. İndiki atmosferdə bu baş vermir... Mənim ömrüm bunu görməyə yetməyəcək”, – Sallivan qeyd edib.

O əlavə edib ki, Prezident Co Bayden ABŞ-ın mövqeyini çox aydın ifadə edib: "Rusiya ilə münasibət əvvəlki kimi olmayacaq".

Səfirin sözlərinə görə, hər iki tərəfin, eləcə də Rusiyanın əsas müzakirə mövzusu o idi ki, ”soyuq müharibə”dən sonrakı dövrdə ABŞ-Rusiya münasibətləri aşağı həddə yuvarlanıb.

ABŞ və Rusiya bir-birinə qarşılıqlı sanksiyalar açıqlayanda və diplomatları çıxaranda Sallivan da ölkəsinə çağırılıb, iki ay sonra – 2021-ci ilin iyununda Moskvaya qayıdıb.

Sallivan deyir ki, münasibətlərdə böhrana baxmayaraq Rusiya Moskvadakı ABŞ səfirliyini bağlamamalıdır, dialoqun davam etməsindən ötrü kanallar açıq qalmalıdır: “Bir-birimizlə danışmaq qabiliyyətimizi saxlamalıyıq. Dünyanın iki ən böyük nüvə ölkəsinin bir-birinin səfirliklərini bağlaması səhv addım olar”.

Xatırladaq ki, Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan ABŞ-la münasibətlər Soyuq Müharibədən sonra ən aşağı həddə enib, ABŞ və Aİ Rusiyaya bir neçə raund sanksiya açıqlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol