Nərimanov Rayon Məhkəməsinin 6 noyabr qərarı ilə AXCP üzvü Murad Ədilovun həbs müddəti daha iki ay uzadılıb.
Vəkil Yalçın İmanov “Media forum” saytına deyib ki, qərardan apellyasiya şikayəti verəcəklər.
Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. Nərimanov Rayon Məhkəməsi avqust ayında Murad Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.


Şərhlər