Menu

Nazir Muradəli Babayevi yeni vəzifəyə təyin etdi

07.06.2022, 19:22
Nazir Muradəli Babayevi yeni vəzifəyə təyin etdi

İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub. Bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev Büroya rəis müavini təyin edilib.

Xatırladaq ki, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi general-mayor Əlaslan Ağayev ötən həftə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Hazırda Büroda rəis vəzifəsi boşdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol