Menu

“Dövlət şirkətləri büdcəni də talayırlar...” – Ekspert + FOTO

07.06.2022, 18:30
“Dövlət şirkətləri büdcəni də talayırlar...” – Ekspert + FOTO

Əsas vergi ödəyiciləri adlandırılan şirkətlər illərdir ki, dövlətdən büdcəyə ödədiyindən qat-qat çox vəsait götürür. Bununla bağlı faktlar göstərir ki, Azərbaycan büdcəsi yalnız bəzi dövlət qurumlarının deyil, həm də dövlət şirkətlərinin “sağmal inəyi”nə çevrilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə iqtsadçı-ekspert Qubad İbadoğlu özünün şəxsi feysbuk hesabından paylaşım edib.

O, bildirib ki, bahalı və keyfiyyətsiz xidmətlərlə əhalini soyan dövlət şirkətləri digər tərəfdən də büdcəyə əlavə yük olurlar: “İllərdir ki, bu praktika davam edir. Şəkil bölməsindəki diaqramda qeyd olunan rəqəmlər 2021-ci ilə məxsusdur və Hesablama Palatasının rəyindən götürülüb.

Göy diaqramlar büdcədən götürülən vəsaiti, narıncı olanlar isə büdcəyə ödənilən vəsaiti göstərir.

Kommunal ödənişlərin vaxtında ödənilməsinə baxmyaraq, “Azərsu”, “Azəriqaz” və “Azərenerji” əlavə olaraq büdcədən milyonlarla manat dotasiya alıblar. Hələ bu hesablamaya onlarn dövlət zəmanəti ilə aldığı borclar aid edilməyib. Bu qurumlar bir tərəfdən əhalini istismar edir, digər tərəfdən isə büdcəni talayırlar. Bu siyahıya dünyanın ən bahalı biletlərini satan “AZAL”-da daxildir”.

“AzPolitika.info”



Şərhlər

dadaşyev 2022-06-07 22:16:29

Bu şirkətlərin işçilərinin Yaxın Şərq ölkələrinə ezamiyyət hesablarındakı bir tək işçinin, misalçün Dubayda bircə nahar yeməyinə ödədiyi minlərlə dollara baxın,sonra mühasibat dəftərlərində balansın necə düzəldiyini anlayarsınız. 1700 dollara bir dana yemək olar məsələn.Amma tək adam bir dananı bir oturuma Koroğlu deyil ki yesin.Həm də səni oralara bir obeddə bir dana yemək məharətini göstərmək üçün göndərməyiblər ki.Enerji məsələləri üçün göndəriblərsə bir obeddə çox yeyərsən yüz dollarlıq yemək,o da əgər tovuzquşu bududursa.Qırağında salat,turşu,içki,o yan-bu yan,eləsin iki yüz dollar,amma 1700 dollar ayıbdu ee Ağabala canı.Bizi gic yerinə qoymaqdu mən ölüm.

Eli 2022-06-07 19:24:56

Eger bu diaqrama inansaq onda Azerbaycan demir yolları QSC 1 nömreli talançı kimi birinci yerdedir.Yeqin ki,onun sedrinin nazir müavini teyin olunmasında onun bu “vetenpetver qabiliyyeti” nezere alınıbdır,yoxsa her adam o vezifete yüksele bilmez.

Faziı 2022-06-07 18:46:19

Bwdcə nəzarətsiz saxıananda yuxarıların şirkətləri talayacaq Büdcə ayırmalarıi ilə məşğuıolan qurumniyə ictimaiyyətəhesaat vermir. Buna Prezident aparatı nə məqsədlə nəzarət etmir.axı büdcə xalq hesabına formalaşdığından ictimaiyyətə hesabat verilmir.Özbaşınalığın,özbaşınalığı özbaşına buraxanların məsuliyyətsiz yanaşmalarının nəticəsi belə olar..Niyə xalqa hesabat verilməməli və razılaşdırılmamalıdır.?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol