Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezident İlham Əliyev digər sərəncamı ilə Əliyar Məmmədyarov Mərkəzi Bankın sədrinin müavini təyin edilib
Qeyd edək ki, Rəşad Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb.

2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı vəzifəsində işləyib. 2004-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib. 2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib. 2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib.
2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2022-ci il tarixli, 544-VIQR №-li qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Əliyar Məmmədyarov isə 1977-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “İqtisadçı” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. O, 1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.

Ə.Məmmədyarov 2001-2004-cü illərdə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 saylı nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib, 2004-2006-cı illərdə departamentin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri, 2006-2007-ci illərdə departamentin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2016-cı illərdə departamentin direktor müavini və direktoru olub, 2016-cı ilin may ayından indiyədək Mərkəzi Bankın sədrinin müşaviri olub.
2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayına qədər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının sədri vəzifəsində də işləyib, 2012-ci ilin fevral ayında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.


Şərhlər