Menu

Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaldıb

08.06.2022, 13:21
Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaldıb

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov barəsində apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılan şikayayətlə bağlı qərar elan olunub.

Qərara əsasən, sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub. Bununla bağlı Qoca Səmədovun cəzası 3 ay azaldıraraq 5 il 9 aya endirilib.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.

Şərhlər

ədalətli olmalı 2022-06-08 17:12:59

Cinayətkarlar, oğrular, quldurlar bağışlanır bu ölkədə, Əli Əliyev kimi təmiz insanlar təmizliyinə görə bağışlanmır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol