Menu

Dünya Bankından Rusiya ilə bağlı bədbin proqnozlar – Gələn pis olacaq

08.06.2022, 14:30
Dünya Bankından Rusiya ilə bağlı bədbin proqnozlar – Gələn pis olacaq

Dünya Bankı 2022-ci ildə Ukraynada Ümumdaxili Məhsulun (ÜDM) 45% azalacağını proqnozlaşdırır. Həmçinin Rusiyada iqtisadi tənəzzül 8,9 faizə çatacaq.

Dünya Bankının qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı hesabatında deyilir ki, Rusiyanın Ukraynaya təcavüzü Ukraynanın sənaye sektorunu sarsıdıb, bu infrastrukturun dağılması, əhalinin sayının kəskin azalmasına səbəb olub.

"Öz növbəsində, Rusiyanın Ukraynaya hücumundan sonra ona qarşı tətbiq edilən sanksiyalar və xarici şirkətlərin Rusiyadan kütləvi getməsi bu ölkənin iqtisadiyyatına ağır zərbə vurub, amma enerji ixracından əldə olunan gəlirlər hələlik hökumətə büdcə xərclərini maliyyələşdirməyə imkan verir", - deyə məlumatda bildirilir.

Hesabatda qeyd edilir ki, Rusiyanın Ukraynaya hücumu qlobal iqtisadiyyata da mənfi təsir göstərir. Dünya Bankı qlobal iqtisadi artım proqnozunu yarıdan çox azaldaraq 1,2 faizə endirib.

"Dünya uzunmüddətli zəif iqtisadi artım və inflyasiyanın artması dövrünə qədəm qoyur" - deyə, Dünya Bankının ekspertləri yazır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukrayna və Rusiyadan taxıl və bitki yağları ixracında yaranan problemlər bu malların bahalaşmasına və inflyasiyanın artmasına səbəb olur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol