Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,08 ABŞ dolları, yaxud 1,63 % artaraq 130,02 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı qərar “qara qızıl”ın qiymətindəki artımı sürətləndirib.
Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 123,58 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Şərhlər
neftin qiymətinin yuxarı və aşağı olmasının millətə yalnız zərərli təsiri olur.....
Qalxsın ee,millətin maaşına,pensiyasına bir dəxli varmı bunun?Varsa sevinək.Hər barrelinə 80 dollar heç yerdən axıb gəlirsə o milyardlarla bahalığı kompensasiya etmək olmazmı?Qazı,suyu,işığı ucuzlaşdırmaq olmazmı?Heç bir şeyə təsiri yoxdursa istər bahalaşsın,istər ucuzlaşsın,mənə nə yəni?Gözəlliyi pozan bir tarixi bina da yoxdu ki bircə metr sürüşdürək,Xəzərdə ada filan tikək,Bayıldan Zığa dənizüstü körpü tikək,bilək ki milyardlar nəyəsə getdi də.