Menu

“ABŞ-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir” - Örl Litzenberger

09.06.2022, 11:25
“ABŞ-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir” - Örl Litzenberger

“ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər hazırda çox yüksək səviyyədədir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.

“Əməkdaşlığımızı gücləndirmək üzərində işləməyə davam edəcəyik. Biz sülh prosesinə kömək göstərməyə davam edəcəyik, regionu sabit və təhlükəsiz görmək istəyirik", - səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif mədəniyyətlərin nümayəndələri yaşayır və bu, multikulturalizmin inkişafına təkan verir: “Azərbaycan multikultural ölkədir və biz bunu dəstəkləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol