Menu

ABŞ səfiri İrəvanda Lavrovu qabaqlayıb

09.06.2022, 14:01
ABŞ səfiri İrəvanda Lavrovu qabaqlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün - iyunun 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli münasibətləri müzakirə edib.

Ermənistanın müxalifətçi deputatı Aqnessa Xamoyan isə ABŞ səfiri Lin Treysinin bir neçə nəfərin müşayiəti ilə Ermənistan Xarici İşlər Nazirliyinə daxil olmasının görüntülərini yayıb.

Aqnessa Xamoyan sosial şəbəkədə yazıb ki, ABŞ səfiri Lin Treysi Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında görüntülənib.

"Lavrovun səfərindən bir qədər əvvəl ABŞ səfiri Ermənistan Xarici İşlər Nazirliyinin binasına daxil olub", - Xamoyan yazıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol