Menu

Dörd min şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi təklif olunan işdən imtina edib

09.06.2022, 15:19
Dörd min şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi təklif olunan işdən imtina edib

"Bu günə qədər 1 000-dən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub".

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşqulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, 805 nəfər ictimai işlərə cəlb olunub:

"4 000-ə yaxın şəxs müxtəlif səbəblərdən onlara təklif olunan işlərdən imtina edib. 1 500-dən artıq şəxsin müasir peşələr üzrə prosesə cəlb olunub. İlin sonuna qədər 4000, gələn il üçün 7 000-ə, sonrakı il üçün 10 000-ə çatdırmağı hədəfləyirik. Son üç ildə 1 026 peşə kvalifikasiya standartları hazırlanıb. İlin sonuna 1 500-ə yaxın standartların yekunlaşdırılması nəzərdə tutulub".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol