Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi rüşvət alıb. Bu barədə səs yazıları sosial şəbəkələrdə yayılıb.
Belə ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyi iddia olunur.
Səslənən iddiaya görə, o, kimləsə əlbir olub və müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyini vəd edib.
Səs yazısında V.Bəşirli əlbir olduğu adamdan 400-500 manat pul tələb edir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan səs yazısı barədə araşdırma aparılır: “Bu barədə ətraflı məlumat veriləcək”.


Şərhlər
Azərbaycanda DYP rəisinin rüşvət aldığı deyil,almadığı iddia olunarsa günün xəbərinə çevrilə bilər.Bütün qəzet-jurnallar,internet,Youtube-filan bütün günü ancaq bu əcaib xəbəri tirajlayar.Xəbər gedib Baydenin,Şarl Mişelin qulağına da çatar,deyərlər biz təsdiq olunma ehtimalı sıfırın altında olan məsələlərə reaksiya verəmmərik.A balam,bir papağını qoy qabağına fikirləş:DYP rəisi rüşvət almayacaqsa niyə DYP rəisi olurdu ki?Gedib ədəbiyyat müəllimi olammırdı?
Yalannan bôhtan atmayun! DYP da rushvet yoxdu , olmayib olmayacaqda)
Yalandır, şərdir... Hamı bilir ki, DYP rüşvət heç vaxt almayıb və indi də almır...