Menu

Azərbaycanın tədiyyə balansının qalığı 5 dəfə artıb

10.06.2022, 10:29
Azərbaycanın tədiyyə balansının qalığı 5 dəfə artıb

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 1 572,4 milyon ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ıötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 952,7 milyon dollarlıq qalıq (ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 dəfə çox), kapital hesabındakı 0,3 milyon dollarlıq kəsir (əvvəlki il qalıq olub), maliyyə hesabındakı 1 195,6 milyon dollarlıq kəsir (əvvəlki il qalıq olub), balanslaşdırıcı maddələr üzrə 1 184,4 milyon dollarlıq kəsir (3,7 dəfə çox) hesabına formalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol