“RİA NOVOSTİ”dən GERİ ADDIM - Narazılığa səbəb olmuş müsahibəni sildi (FOTO)

Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyi Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma nümayəndəsi kimi təqdim edən şəxsin bəyanatlarının əks olunduğu paylaşımı silib.

“Report”un Rusiya bürosu xəbər verir ki, hazırda bu materiala giriş keçidi aktiv deyil və səhifənin mövcud olmadığını göstərir.

Xartırladaq ki, qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryan ilə geniş müsahibə Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olub.

Azərbaycan XİN “RİA Novosti”nin bu paylaşımının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin müddəalarına zidd olduğunu bəyan edib.

“Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur”, - Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, hadisədən sonra “RİA Novosti” İnformasiya Agentliyinin saytına Azərbaycan ərazisində girişi qadağan olunub.

635x100

Şərhlər

dadaşyev 2022-06-10 19:20:31

Bütün Rusiya onu oxuyandan sonra belə hesab etdisə ki,Qarabağda erməni qurumu deyə bir şey var imiş və hələ də lideri də filankəs imiş,onu silməyin nə mənası var?Yazı oxunmaq üçündürsə oxudular,yanlış ya doğru bildilər yəni,oxumayanlara da oxuyanlar dedilər,vəssalam.Niyyətləri bu idi,ona da çatdılar materialı verənlər.Oxuyandan sonra ondan qayğanaq bişirəsi deyildilər ki.Ona görə deyirəm ki,biz də Ruiyanın terrorçu hesab etdiklərindən müsahibələr alaq,saytlarda verək,Rusiya XİN etiraz etsə,silək.Vəssalam.Oxuyan oxuyacaq,bizə də o lazımdı.Oxumayana da oxuyan deyəcək.Yoxsa bu nədi?Həmişə onlar deyəcək,biz hirslənəcəyik?Qoy bir az da onlar hirslənsin.

Vuqar Memmed.oglu 2022-06-10 14:27:47

Məlumat silinsədə rusda,ermənidə məqsədinə çatdı artıq o məlumatın elə əhəmiyyətidə qalmamisdi! Hökumət rusla siyasətinə yenidən baxmalı və bütün olan hadisələrə anında necə qatda artıq cavab verməlidir,bəsdirin rusun kölgəsindən qorxdunuz,gürcülər qədərdə yoxsunuz,neçə illərdi bütün əlaqələri kəsib onlarla ,gedin baxın kimdə vəziyyət yaxşıdı,bizdə yoxsa onlarda?

Son yazılar