Menu

Bərdədə 17 yaşlı qız qaçırılıb - 4 nəfər saxlanılıb

10.06.2022, 17:51
Bərdədə 17 yaşlı qız qaçırılıb - 4 nəfər saxlanılıb

Bərdədə 17 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, iyun ayının 9-da axşam radələrində rayonun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Şərhlər

dadaşyev 2022-06-10 17:57:42

Dördünü də basın getsin qoduqluğa,o birilərə də ibrət olsun.Xalx 17 il qız böyüdür ki,mal-qara oğrusu olan gədə-güdələr götürüb qaçırsın?Qız qaçırmaq nə deməkdir yəni 21-ci əsrdə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol