Menu

Yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb

11.06.2022, 09:21
Yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb

Qazaxda yetkin yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə Qazax rayon Polis Şöbəsinə rayonun Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb.

Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

Şərhlər

t.ədalət 2022-06-11 15:22:03

Bəlkə,bu "mübarizə"ni otellərdə aparasınız?Otellərdə pul qazanmaq üçün körpə qızları,qadınları ərəblərin qucağına atan otel sahiblərinə "dur!" deyə bilmirsiniz,hansısa yaşı az olan qızların ərə getməsini şişirdib haray qoparırsınız..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol