BAYDEN PUTİNDƏN DANIŞIB - “Görün o nə edir”

“Rusiya Prezidenti Vladimir Putin təkcə Ukraynanı işğal etməyib. O, müstəqil Ukrayna mədəniyyətini məhv etmək istəyir, çünki onun sadəcə mövcud olmadığına inanır. "Görün o (Putin - red.) nə edir”.

“Report” xəbər verir ki, bunları ABŞ Prezidenti Cozef Bayden deyib.

"O, təkcə qalanları yer üzündən silmir. Onların bütün mədəniyyət ocaqlarını, muzeylərini, məktəblərini, attraksionlarını məhv edir. O, Ukrayna xalqının mədəniyyətini məhv etməyə çalışır”, - Bayden bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, kənarda qalmaq və Ukraynanı dəstəkləməmək mövqeyi qəbuledilməzdir, bu isə o deməkdir ki, Qərb iqtisadi problemlərə baxmayaraq, Ukraynaya yardımı davam etdirəcək.

"Bizim dayanıb bunun baş verməsinə icazə verə biləcəyimiz ideyası sadəcə qeyri-mümkündür. Mümkün deyil. Və buna görə də biz NATO-nu gücləndirmişik, buna görə də Ukraynaya kömək edirik", - Bayden əlavə edib.

635x100

Şərhlər

Oxucu. 2022-06-12 14:19:19

Əsl ingilis siyasəti! Bütün bu münaqişənin başında durub,bu muharibənin əsas müəllifi kimi indidə güya ukraynanın mədəniyətinə,mənəviyətinə can yandırır,bir həqiqəti bilirəm,mənəviyatı,mədəniyyəti olan şəxs belə çirkin oyun oynamazdı.

dadaşyev 2022-06-12 13:44:45

Kaşki bizim torpaqlarımız da işğal ediləndə 30 il ərzində ABŞ və Avropa erməniyə qarşı da belə olaydı,o zaman inanardıq səmimiyyətlərinə.Amma bizə ancaq bunu dedilər ki,hərblə yox sülhlə həll edilməlidir,reallıqla barışmalısınız,faktı qəbul edəsiniz bəlkə filan.Elə isə Ukraynaya da ATƏT-i calayın,getsinlər gəlsinlər 30-40 il,Zelenskiyə də deyin yalnız sülhlə həll edilməlidir bu işğal,reallıqla barışın filan.Amma xeyr,biz haqlı olduğumuz halda bizə ABŞ hətta silah embarqosu qərarı çıxartdı.Ukraynaya isə "savaşın,hər cür silah verəcəyik" deyir və verməkdədir.Ona da embarqo uyqulasana.

Son yazılar