ABŞ Rusiyanın Ukraynaya hücuma hazrlaşması barədə Kiyevə xəbərdarlıq edib.
“Report” xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Cozef Bayden deyib.
Demokratlar Partiyasının donorlarının toplantısında çıxış edən Ağ Ev rəhbəri ABŞ kəşfiyyatının Rusiyanın Ukraynaya hücum edəcəyi barədə bildiyini, Kiyevə xəbərdarlıq etdiyini, lakin “Ukrayna Prezidenti Volodimir Zelenskinin eşitmək istəmədiyini” deyib.
Bayden əlavə edib ki, Birləşmiş Ştatlarda da çoxları Rusiyanın işğalının reallığına inanmır və Prezident “onları başa düşə bilər”.
ABŞ Prezidentinin Ukrayna lideri barədə gözlənilməz açıqlaması rəsmi Kiyevin Qərb müttəfiqlərini Ukraynaya ağır silahların çatdırılmasını sürətləndirməyə ümidsiz çağırışları fonunda baş verib. Zelenski administrasiyası bildirib ki, Rusiya qoşunları ağır artilleriya qurğularının sayına görə Ukrayna Silahlı Qüvvələrini üstələyir, Donbasda Rusiyanın hücumunu son gücü ilə saxlayan ukraynalılarda döyüş sursatları çatmır. Cəbhələrdə vəziyyəti əsaslı şəkildə dəyişdirə biləcək çoxlu raket sistemlərinin təchizatı naməlum səbəblərdən təxirə salınıb.


Şərhlər
ABŞ Ukraynanı yarı yolda qoyub qaçdı! Budur ABŞ-ın əsl siması. Axıra kimi kömək etməyəcəkdinsə niyə basıb bağlayırdın ey Amerika?
Bayden gözünün içinə kimi yalan deyir.Bütün bu qırğınların əsl səbəbkarı Baydenin özüdür.Ay millət,mən bu gün varam,sabah yox,Azərbaycan isə həmişə var olacaq,odur ki heç vaxt ABŞ-ın dediklərinə inanmayın.Bu dünyanın ən hiyləgər tülküsü ABŞ-dır.Ondan tülküsü Yer üzünə gəlməyib.Onun demokratiya-filan vədlərinə inansanız bilin ki,Azərbaycanı məhv edəcəksiniz.ABŞ Yer üzünün çaqqalıdır.