Korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub. APA xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasında keçirilən iclasda bildirilib.
Qeyd olunub ki, iclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib.
Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.


Şərhlər
Gence Apellyasi Mehkemesinde Hakim Afiq Huseyzade 1 nomreli korrupsiya sozunu seven Pulu cox sevir ! Hakim sozu ona yarashmir!!!
Şəki İnzibati-iqtisad Məhkəməsinin hakimi Rüfət Məcidov Şəki Su İdarəsinin DSMF-na olan borcunu qanunsuz olaraq su İfdarəsinin xeyrinə Qərar çıxardıb ...? Araşdırılmalı Rüfət Məcidov haqqında qanuni qərar çıxarılmalıdır, belə hakimlərin fəaliyyətinə xitam verilməlidir .
Onlar külli miqdarda sərvət toplayıblar.İşdən çıxandan sonra xımır-xımır yeyəcəklər.
Əgər doğrudursa adlarını niyə yazmırlar? Buna görə Ədliyyə nazirinin müavini hakimlərinin aylıq rüşvətlərini yığan Azər Cəfərovu işdən çıxartmaq lazımdır.
NEÇƏ HAKİM HİPOKRAT ANDINA SADİQ OLUB?