MEHDİYEVİN HƏYAT YOLDAŞI VƏ QOHUMU VƏZİFƏDƏN ÇIXARILDI - Yerlərinə təyinat oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev 5 ay əvvəl tutduğu vəzifədən istefa versə də, onun yaxın qohumları bu qurumda yüksək vəzifələr daşımaqda davam edirdi. Hər halda bir həftə əvvələ qədər AMEA-nın rəsmi saytında belə görünürdü. 

Bu barədə mətbuatda xəbərin yayımlanmasından sonra AMEA-nın rəsmi saytında sabiq prezidentin həyat yoldaşı - riyaziyyat elmləri doktoru, professor Mehdiyeva Qalina Yuryevnanın adı AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdində yaradılan “Kompüter elmləri” ixtisası dissertasiya şurasının sədri vəzifəsindən silinib.

Artıq qurumun saytında Mehdiyeva Qalina Yuryevnanın adı dissertasiya şurasının üzvü kimi qeyd olunub. Qalina Mehdiyevanın əvəzinə dissertasiya şurasının sədri vəzifəsinə riyaziyyat elmləri doktoru, professor Məmmədov Knyaz Şiraslan oğlu təyin olunub.

Bundan başqa Ramiz Mehdiyevin kürəkəninin qardaşı - Fikrət Əli Səftər oğlu Əliyevin adı isə AMEA İşlər İdarəsi müdirinin müavini vəzifəsindən silinib.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun rəhbərlik etdiyi İşlər İdarəsinə yeni müdir müavini təyin olunub.

Qeyd olunan vəzifəni Vüsal Məhəmməd oğlu Əliyarov icra etməyə başlayıb.

635x100

Şərhlər

xin-den göz yashlari ile 2022-06-16 00:19:59

bir azdan sonra her shey unudulacaq, nece ki bu xalq mammedyarov kimi cinazetkarlarin cinayeetlerini unutdu.... indi onu kim xatirlayir ki.... onun dostlari ise hele de aparici idarelerde reisdirler, bezileri sefir kreslosunda oturmaqda davam edirler....

X 2022-06-15 20:44:14

O gun olsun ki AMEA legv olunsun. Rusvetle toplanmis savadsizlar toplumu

hüquqşünaslar 2022-06-15 16:17:43

Bütün AMEA-ya bəllidir ki, Ramiz Mehdiyevin göstərişi ilə 5-ci kolonun tədbirləri Hüquq şöbəsinin müdiri Kamal Əliyevin başçılığı ilə qərargahları olan Hüquq və İnsan Haqları İnstitutununda, direktor Aytən Mustafazadənin kabinetində keçirilir. Axşam iş vaxtının sonuna yaxın Kamal Əliyev instituta gəlir. Əməkdaşlar da digər institutlardan fərqli olaraq 4-dən sonra evə gedirlər. Axşam məclis arəstə olur.

Qabil Hüseynli 2022-06-14 19:44:03

Dissertasiya Şurasının sədrliyindən çıxarilsa da həm Şuranın üzvü, həm də Universitetdə kafedra müdiri vəzifəsini yəqin ki, saxlayır.

Qərənfil x. 2022-06-14 19:35:34

Lalə Əhmədova AMEA-nın fundamental kitabxanasının direktoru Mamedin qrup yoldaşı olub. Mehdiyev AMEA-da prezident olan vaxt katibliyin sabiq müdiri Eldar Əmirovun yardımı ilə Mamed, Lalə, Eldar üçbucağı yaxşı pullar qazandılar. Sonda da Laləni katibliyə köməkçi gətirdilər. Pulları rüşvətlə institutlara əməkdaşlar düzəltməklə qazandılar. DİA-da beynəlxalq şöbənin müdiri ,Hüquq və İnsan Haqları İnstitutunuda elmi işlər üzrə müavin işləmiş bu xanım Ramiz Mehdiyevə yaxınlığından istifadə edərək külli miqadarda pullar qazanıb. İndi də işbaşındadır.

akademik 2022-06-14 19:23:37

Allah, Allah!!! Bu AMEA nə vaxt Ramiz Mehdiyevdən və onun tör-töküntülərindən canını qurtaracaqdır?! Deməli, çox çətindir! Çarə Əzrayıladır. 2021-ci ilin noyabr ayında R\yasət heyətində böyük məbləğlər müqabilində katibliyə yeni işçilər qəbul etdi. Dəhşətə bir baxın Mehdiyevin göstərişi ilə AMEA-nın katibliyinə 12 köməkçi qəbul olundu. Heç prezident adminstrasiyasında belə həngamə yoxdur. Özü getsə də 12 həvarisi hələ də yüksək maaş alıb, kef çəkirlər. Dövlətin pulları beləcə göyə sovrulur. Arif Haşımov da oturub göyə baxır, Ramizin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirir.

Ədalət 2022-06-14 09:52:46

O gün olsun ki, AMEA-nın Hüquq şöbəsinin müdiri, hərbi məhkəmənin sabiq hakimi, Mehdiyevin AMEA-da gi9zlətdiyi Kamal Əliyevin, 2021-ci ilin hoyabr ayının sonunda AMEA katibliyinə köməkçi gətirilmiş Hüquq və İnsan Haqları İnstitutunun sabiq elmi işlər üzrə müavini, filologiya elmləri doktoru, korrupsionerLalə Əhmədovanın adı silinəydi. AMİN!!! Bu həmin Lalə Əhmədovadır ki, hər yerdə "Aytən Mustafazadəni Hüquq və İnsan Haqları İnstitutunun direktorluğundan Mehdiyev qovurdu onu mən baş direktor etdim" deməklə öyünür. Yəqin ki nəyinsə müqabilində...

Son yazılar