ORDUMUZUN ƏSGƏRİ FACİƏLİ ŞƏKİLDƏ VƏFAT ETDİ - Evin sonbeşiyi idi + FOTOLAR (Yenilənib)

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində vəfat edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, R.Əliyarov Xaçmaz rayonunun Xudat şəhərindəndir. Vəfat edən əsgərimizin özündən böyük 2 qardaşı var. O, evin sonbeşiyidir.

R.Əliyarovun valideynləri Xudatda zəhmətkeş insanlar kimi tanınır.

Qeyd edək ki, Riyad Əliyarov sabah Xudat şəhərində torpağa tapşırılacaq.

***

Azərbaycan Ordusunun hərbi qulluqçusunu elektrik cərəyanı vuraraq öldürüb.

Respublika Hərbi Prokurorluğundan verilən xəbərə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaqdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar