Menu

İdarə direktoru tutduğu vəzifədən AZAD EDİLDİ

14.06.2022, 22:32
İdarə direktoru tutduğu vəzifədən AZAD EDİLDİ

Salyanda yaşıllaşdırma idarəsinin direktoru tutduğu vəzifədən azad olunub. “Report” xəbər verir ki, Salyan şəhəri “Yaşıllaşdırma” MMC-nin direktoru Kamil Əzizov yaş həddi ilə bağlı tutduğu vəzifədən azad edilib.

Onun yerinə təqaüddə olan Dövlət Yol Polisinin əməkdaşı Qalib Mirzə oğlu Rzayev təyin edilib.

Qeyd edək ki, K.Əzizov bu vəzifədə 5 ildən artıqdır ki, işləyirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol