Menu

Lavrov Azərbaycana səfər edəcək

15.06.2022, 13:39
Lavrov Azərbaycana səfər edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Lavrovun Bakıya işgüzar səfərinin iyunun 23-24-də baş tutacağını söyləyib.

Zaxarova Lavrovun Azərbaycan XİN başçısı ilə danışıqlarının planlaşdırıldığını bildirib:

"Azərbaycan Prezidenti ilə görüş gözlənilir. Görüşlərdə ikitərəfli münasibətlərin gələcək inkişafına dair bütün kompleks məsələlərə baxılacaq. Eləcə də, regional və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunacaq. Əlbəttə ki, əsas diqqət yüksək səviyyəli üçtərəfli razılaşmaların həyata keçirilməsinə yönələcək".

Şərhlər

turan 2022-06-15 15:25:51

Bu nazirin də xoruzunu qoltuğuna verməyin vaxtı çatıb

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol