Türkiyədə “AKINCI” pilotsuz uçuş aparatı daha bir uğura imza atıb.Bu barədə “Baykar” şirkətinin “Twitter” hesabında məlumat yayılıb.
“TÜBİTAK SAGE” tərəfindən hazırlanmış KGK-SİHA-82 ilə ilk atəş sınağı uğurla tamamlanıb.
“Baykar”ın açıqlamasına görə, “TÜBİTAK SAGE” tərəfindən hazırlanmış KGK-SİHA-82 sursatı ilə iyunun 14-də Çorludan havaya qalxan “Bayraktar AKINCI” Sinop sahillərində həyata keçirilən ilk atış sınağını müvəffəqiyyətlə tamamladı.
“AKINCI” üzərindəki elektro-optik kamera və yerdəki telemetriya antenləri 30 kilometr uzaqlıqdakı hədəfin yüksək dəqiqliklə vurulduğunu təsdiqləyib.


Şərhlər
“Baykar” şirkətinin daha böyük uğurlara imza atmasını səbirsizliklə gözləyirik. Allahu Təala Türkiyəmizi iman nuru ilə dünyaya hakim qılsın.