Menu

Dünyada nə qədər insan yazıb-oxuya bilmir?

16.06.2022, 09:58
Dünyada nə qədər insan yazıb-oxuya bilmir?

Dünyada 770 milyondan çox yetkin insan, o cümlədən 126 milyon gənc oxuya və yaza bilmir.

Bu barədə UNESCO-nun baş direktoru Odri Azule Mərakeşdə Böyüklər üçün Təhsil üzrə 7-ci Beynəlxalq Konfransda videobağlantı ilə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, yazıb-oxuya bilməyənlər 10 faiz təşkil edir, bunun da təxminən üçdə ikisi qadınlardır.

UNESCO-nun rəhbəri böyüklər üçün təhsilin bütün dünyada əlçatan olmasını təmin etmək üçün səyləri davam etdirməyə və bu istiqamətdə işi gücləndirməyə çağırıb. (Mənbə: RBC)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol