Menu

“PUTİNİN SOYUQ PLANLARI” – Rusiya Arktikada hərbi bazalar tikir + FOTOLAR

16.06.2022, 12:36
“PUTİNİN SOYUQ PLANLARI” – Rusiya Arktikada hərbi bazalar tikir + FOTOLAR

Putin Çinin dəstəyi ilə Arktika bölgəsindəki hərbi varlığını artırmağı planlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Çexiyanın “Marko Cvitas” analitik mərkəzi məlumat yayıb.

Məlumatı verən mənbənin fikrincə, Rusiya Arktika bölgəsində hərbi qüdrətini artıraraq, bu ərazini gələcəkdə yeni döyüş meydanına çevirməyi planlaşdırır.

Analitik mərkəzinin hesabatına əsasən, Putin illərdir Arktika Dairəsinin şimalında hava bazaları, raket buraxılış meydançaları, radar stansiyaları və gəmiqayırma zavodları inşa edir. Rusiyanın bu bölgədə yeni ticarət yolları axtarışında olduğu da iddilar arasındadır.

Məlumatda qeyd olunur ki, Putin Çinin maliyyə dəstəyilə “Qütb planı”nı işə salaraq, Pekinlə birlikdə dünyanın zirvəsinə yüksəlmək istəyir.

Hesabatı hazırlayan Rob Klark bildirib ki, Rusiyanın Arktikada yaratdığı təhlükənin qarşısı mütləq şəkildə alınmalıdır: “İndi bütün diqqətlər Ukraynada olduğu halda, Rusiya Arktikada yeni nəsil nüvə sualtı qayıqlarını və hipersəs raketlərini sınaqdan keçirir və regionda mövcudluğunu gücləndirir”.

“NATO şimal cinahını qorumalı və Britaniya Rusiyanın fəaliyyətlərini yaxından izləmək üçün Arktikada nümayəndə yerləşdirməlidir", - deyə Klark bildirib.

“AzPolitika.info”




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol