Menu

Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi işdən çıxıb

16.06.2022, 15:48
Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi işdən çıxıb

Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov işdən çıxıb.

"Report" xəbər verir ki, bu barədə o, özü rəsmi feysbuk səhifəsində paylaşım edib.

"İki ilə yaxın Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi vəzifəsində çalışdım. Bu şans və etimad üçün bütün TƏBİB və İTSDA rəhbərliyinə təşəkkürümü bildirirəm. Daha çox praktik cərrahiyyə ilə məşğul olmaq üçün istefa verdim. Bütün xəstəxananın kollektivinə uğurlar arzulayıram və mənimlə bu müddət ərzində işlədiklərinə görə minnətdarlığımı bildirirəm" - F.Təqdirov paylaşımda deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol