RUS ORDUSUNA AĞIR ZƏRBƏ VURULDU... - Baş Qərargah rəisi Moskvanın çox dəhşətli səhv etdiyini açıqladı

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 33 150 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 1 456 ədəd tankı, 3 563 ədəd zirehli döyüş maşını, 734 ədəd artilleriya sistemi, 233 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 215 ədəd hərbi təyyarəsi, 180 ədəd helikopteri, 2 496 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 593 ədəd dronu, 129 qanadlı raketi və 55 ədəd xüsusi texnikası məhv edilib.

Bu gün Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus “Vasili Bex” qoşqu gəmisinin məhv edildiyini açıqlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilib ki, gəminin göyərtəsində “TOR” zenit-raket kompleksi olub.

Odessa vilayəti hərbi komandanlığının başçısı Maksim Marçenko Rusiya gəmisinin Britaniya istehsalı olan “Harpoon” gəmi əleyhinə raketi ilə vurulduğunu açıqlayıb.

Məlumata görə, bu gəmi qoşqusunun su tutumu 1 605 tondur. Rusiyanın Həştərxan şəhər gəmiqayırma zavodunda tikilib. Onu Qara Dəniz Donanmasına 2017-ci ildə daxil ediblər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu ilin aprelində “Neptun” raketi İlan adası yaxınlığında Rusiyanın “Moskva” kreyserini vuraraq batırıb.

Böyük Britaniyanın Baş Qərargah rəisi admiral Toni Radakin isə bildiri ki, Rusiya strateji baxımdan Ukraynaya qarşı müharibəni artıq uduzub. Bu barədə BBC xəbər yayıb.  

"Rusiya çox dəhşətli səhv edib” - deyə, general bildirib.

Onun sözlərinə görə, Kreml Ukraynanı heç vaxt nəzarəti altına ala bilməyəcək: “Kreml diktatoru Vladimir Putin (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur-red.) yaxın həftələrdə taktiki uğurlar qazana bilər. Bu kimi nailiyyətlər üçün o artıq ordusunun gücünün 25 faizindən istifadə edib. Rusiya çox böyük itki verib. NATO isə güclənib. Finalndiya və İsveç Alyansa birləşmək istəyir”.

Baş Qərargh rəisi bildirib ki, V.Putin kiçik bir ərazini tutmağı bacarıb: “Əvəzində isə 50 mindən çox hərbçisi ölüb və yaralanıb”.

T.Radakin Böyük Britaniyanın uzunmüddətli perspektivdə də Ukraynaya böyük miqdarda silah tədarük edəcəyini və Kiyevi dəstəkləyəcəyini vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar