"Sosial sahədə kifayət qədər ciddi problemlər var".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Vahid Əhmədov deyib.
Deputat Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edərək bildirib:
"Mən xahiş edirəm, Əli Hüseynlinin rəhbərliyi altında 10-15 deputat yığışaq müzakirə edək. Problemlər həll olunmur, bunlara ciddi baxaq. Məsələ qaldırırıq, faydası olmur. Sahibə xanım, bunu diqqətdə saxlamağınızı, tapşırıq verməyinizi rica edirəm".

""Biz həmişə məsələ qaldırırdıq ki, hökumət qənaətli olsun. Hökumət də qənaət edib. Sosial problemlər o səviyyədə deyil ki, xüsusi komissiya yaradılsın, müzakirə olunsun. Dəfələrlə müvafiq komitələrin daxilində müzakirələr aparıldı. Mənə görə heç bir yeni məsələ yoxdur və komissiyanın yaradılmasına ehtiyac yoxdur".


Şərhlər
Gələcəkdə bu günlərin arxivini açmağa ehtiyac olmayacaq. Hamı özünün kim olduğunu açıqca bəyan edib. Yəqin ki, sələflərinj davranışı xələflərə münasibətdə təsirsiz ötüşməyəcək.
Əli Hüseynov kimi deputatlar olan yerdə problemər qurtarmaq bilməyəcək.Ona görəki Əli Hüseynov kimilər özləri bu millətin problemidirlər. ....
Vahid Əhmədova sonsuz təşəkkürümüzü bildiririk, minnətdarıq. İrəli sürdüyünüz təşəbbüsü israrla həyata keçirilməsi üçün müqavimət göstərməyinizi sizdən xahiş edirik. Əli Hüseynlinin isə nəzərinə çatdırmaq istəyirik ki, onun xalqın məşəqqətlərindən xəbəri yoxdur. Ona görə də Vahid bəyin irəli sürdüyü təşəbbüsü birmənalı şəkildə dəstəkləməlidir...