Menu

Azərbaycanda koronavirusa yoluxma sayında artım var

17.06.2022, 16:34
Azərbaycanda koronavirusa yoluxma sayında artım var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahda verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 145 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 99 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 899, bu günə qədər isə ümumilikdə 6 934 154 test icra olunub.

Şərhlər

lll 2022-06-17 19:32:10

Başladı yenə şou-biznes.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol