Azərbaycan ordusunun bölmələri iyunun 17-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Laçın şəhərinə daxil olub.
"AzPolitika.info" xəbər verir ki, bu barədə AzTV eksklüziv görüntülər paylaşıb.
Görüntülərdə Azərbaycan ordusunun Laçın şəhərinin mərkəzində hərəkət etdiyi əks olunur.
Qeyd edək ki, bu gün bir sıra erməni KİV-lərində yayılan məlumatlara görə, iyulun 1-dən Laçın şəhəri, Zabux və ermənilərin vaxtilə qanunsuz olaraq məskunlaşdığı və hələ də yaşadığı daha bir neçə kənd Azərbaycan ordusunun nəzarətinə qaytarılacaq.
Xatırladaq ki, bu ayın sonlarında Laçın dəhlizinə alternativ olaraq çəkilən yeni yolun istifadəyə verilməsi gözlənilir. Bu isə Laçın dəhlizinin də Azərbaycan ordusunun nəzarətinə veriləcəyi və bağlanılacağı deməkdir.
Qeyd edək ki, üçtərəfli bəyanata əsasən, yeni hərəkət marşrutu hazır olduqdan sonra Laçın dəhlizi boyunca dayanan Rusiya sülhməramlı kontingentinin də yerdəyişməsi həyata keçiriləcək. Onlar müvəqqəti olaraq Laçın şəhərindən yan keçən yeni marşrut xətti üzrə yerləşəcəklər.
Elvin
“AzPolitika.info”

Şərhlər
Ziyalıya:Çox sağol,qardaşım....
Laçın koridorunun eni uzunundan böyük idi. Alternativ yolda en məsələsi söhbət mıvzusu ola bilməz. Biz elə bir dərs almışıq ki, innən belə torpaqlarımızı nəinki qarış, zərribinlə ölçəcəyik.Yetər artıq ərazilərimiz əlimizdən alınıb düşmənlərə verildi. Bir az artından sonra yerdəı qalan torpağımız heç öz millətimizə yetməyəcək.
Laçın koridorunun eni uzunundan böyük idi. Alternativ yolda en məsələsi söhbət mıvzusu ola bilməz. Biz elə bir dərs almışıq ki, innən belə torpaqlarımızı nəinki qarış, zərribinlə ölçəcəyik.Yetər artıq ərazilərimiz əlimizdən alınıb düşmənlərə verildi. Bir az artından sonra yerdəı qalan torpağımız heç öz millətimizə yetməyəcək.
Bıy, Dadaşyev yenə peyda oldu? Xoş gəldiniz.
Bir qedim misal var: Qarı “ döyülüb” qapı örtülüb,yeni Qarabağ Azerbaycandır daha bunun müzakireye ehtiyacı yox.Zamanında deyilmiş “Bir millet iki Dövlet” siyaseti tarix yazır ve bu tarix ardıcıllıqla davam edecek ve bu meselede kimse bu tarixi deyişmek iqtidarında deyil..
Laçın Yuxarı Qarabağın ən önəmli hissələrindən biridir.Azərbaycan ordusunun bu zonaya nəzarət etməsi bütövlükdə Qarabağın azad olunması deməkdir.İndi qalır ermənistanla sərhəd boyu dağların zirvəsində avtomobil yolu salmaq.Əsgərlərimizin rahat xidməti üçün belə bir yol vacibdir.
Qəşşəəəəng!Üçtərəfli bəyanata əsasən rus murdarməramlıları yeni dəhlizə göndəriləcəklər,amma elə həmin o üçtərəfli bəyanata əsasən həm də Zəngəzur dəhlizi açılmalıdı.Ona görə də biz də ta Zəngəzur açılana qədər alternativ dəhlizi açmayaq.Əlimizdə daşdan keçən üçtərəfli bəyanat var.Elə ancaq erməni ərköyünlük eləməlidi?Bir dəfə də biz ərköyünlük eliyək,görsünlər ərköyünlük necə olur.
Allaha şukur
Nə qədər ki ermənilər oralara yeni mina basdirmayiblar oralara nəzarət lazilmdir sülhməramlılar məsuliyyət dasimalidirlar və həmin ərazinin bizə təhvil verməlidirlər