Menu

Almaniya kansleri Rusiyaya qarşı sanksiyaların ləğvi şərtlərini açıqlayıb

18.06.2022, 00:03
Almaniya kansleri Rusiyaya qarşı sanksiyaların ləğvi şərtlərini açıqlayıb

Avropa İttifaqı o vaxta qədər anti-Rusiya məhdudiyyət tədbirlərini ləğv etməyəcək ki, Moskva Kiyevlə qarşılıqlı sülh anlaşmasına nail olmayıb.

Bu mövqeyi iyunun 16-da ARD telekanalına Almaniya kansleri Olaf Şolts bildirib.

«Bizim tətbiq etdiyimiz sanksiyalar o vaxta qədər ləğv edilməyəcək ki, Ukrayna ilə ədalətli sazişə nail olunmayacaq. Ukraynanın nəzərincə, hansı sazişin ədalətli olacağını Ukrayna özü müəyyən edə bilər» - alman hökumətinin başçısı deyib.

Eyni zamanda, Şolts yenidən bəyan edib ki, Ukraynaya sülh barədə göstəriş verilə ola bilməz». Onun fikrincə, o, dəfələrlə Rusiya Prezidenti Vladimir Putinə deyib ki, belə sülh barədə Moskvanın təsəvvürü «illüziyadır».

Şolts, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Mario Draqi və Rumıniyanın Prezidenti Klaus Yohannis Kiyevə cümə axşamı səfər ediblər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol