Menu

"Qazaxıstan qondarma DXR və LXR-i tanımayacaq" - Tokayev Sankt-Peterburqda bəyan etdi

18.06.2022, 00:50
"Qazaxıstan qondarma DXR və LXR-i tanımayacaq" - Tokayev Sankt-Peterburqda bəyan etdi

Qazaxıstan qondarma Donetsk (DXR) və Luqansk (LXR) “xalq respublikaları”nı tanımayacaq.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışında deyib.

"Aşağıdakıları qeyd etmək istərdim: müasir beynəlxalq hüquq BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib”, - dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsiplərini rəhbər tutulsa, onda dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox ölkə peyda olacaq.

"Əlbəttə, bu, xaos olacaq. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Və görünür, bu prinsip kvazi-dövlət ərazilərinə şamil olunacaq, fikrimizcə, bu prinsiplər Luqansk və Donetskdir”, - Tokayev əlavə edib.

Lakin o, millətlərin müqəddəratını təyinetmə hüququ ilə bağlı fikirlərini dəqiqləşdirməyib.

Şərhlər

dadaşyev 2022-06-18 01:49:46

Demək ki Qazaxıstanın təkrar qarışdırılması istənəcək,rus yenə KTMT adıyla ora girmək istəyəcək və sənin yerinə bir başqasını təyin etmək istəyəcək yaxın aylarda.Amma bu daha mümkün olmayacaq.Çünki belə olsa Qazaxıstanda böyük çaxnaşmalar olacaq.Çünki oralara Çinin təsiri böyükdü.Keçən ilki məsələlərdə Çinin təpkisi böyük oldu deyə rus dərhal oradan çıxdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol