Menu

Qazaxıstan dünyanın bütün ölkələrini nüvə silahından imtina etməyə çağırıb

20.06.2022, 00:42
Qazaxıstan dünyanın bütün ölkələrini nüvə silahından imtina etməyə çağırıb

Qazaxıstan bütün dünya ölkələrini 2045-ci ilə qədər nüvə silahının tam ləğvi barədə mərhələli plan işləyib hazırlamağa çağırıb.

Bu barədə Baş nazirin müavini, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bəyan edib («İnterfaks-Rusiya»).

Qazaxıstan XİN başçısı bu bəyanatı Nüvə Silahının Qadağan olunması üzrə Müqavilənin (NSQM) iştirakçısı olan dövlətlərin görüşü ərəfəsində səsləndirib. Görüş gələn həftə Vyanada baş tutacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol