DAHA BİR GENERAL SƏRƏNCAMA GÖNDƏRİLDİ - Nəcməddin Sadıkovun kadrı hesab olunurdu

General-mayor Qədir Nəsibov Müdafiə Nazirliyinin Maddi Texniki Baş idarəsinin 1-ci müavini vəzifəsindən sərəncama çıxarılıb.

"Hurriyyet.az" etibarlı mənbələrə istinadən xəbər verir ki, Q.Nəsibovun yeni yaradılan İnspektorlar Qrupuna rəis təyin olunacağı gözlənilir.

Saytın məlumatına görə, Qədir Nəsibov keçmiş Baş Qərargahın rəisi Nəcməddin Sadıkovun sürücüsü və köməkçisi Əli ilə qudadır. Onun Sadıkovun özü ilə də qohumluğunun olduğu iddia edilir.

Gəncliyində musiqiçi olan, daha sonralar orduda gizir kimi xidmətə başlayan Qədir Nəsibov məhz Sadıkovun himayəsi ilə zabit olduğu, ön xətt görmədiyi halda qısa  zamanda vəzifəsinin və rütbəsinin artırıldığı bildirilir 

Onun 2013-cü ildə sülhməramlı qüvvələrə komandir təyin olunduğu, bundan sonra həmin hərbi hissədə rüşvətin geniş yayıldığı iddia edilir: "Ölkədən kənarda xidmət etmək istəyən hərbi qulluqçular 6 ayda alacaqları ezamiyyət pulunun yarısının Qədirlə bölməli idilər".

Qədir Nəsibovun Müdafiə Nazirliyi Maddi Texniki Baş idarəsinə müavini kimi də  "yaxşı qazandığı" bildirilir. Ancaq Nəcməddin Sadıkovun himayəsində olduğu üçün buna göz yumulduğu vurğulanır. 

İddialarla bağlı Qədirovun da mövqeyini dərc etməyə hazırıq.

"AzPolitika.info"


635x100

Şərhlər

RAMİN 2022-06-21 08:19:12

N.SADIKOVUN VİLLALARI NİYƏ MÜSADİRƏ OLUNMUR??OĞLANLARININ ŞİRKƏTLƏRİNƏ NİYƏ DÖVLƏT MÜSADİRƏ ETMİR??

pensioner 2022-06-20 22:31:43

Ofisiant icra başçısı olanda,Maxe muzıkant da Zakir Həsənovun təqdimatı ilə general olar

Adıl Əliyev 2022-06-20 15:56:30

Hörmətli Azpolitika info. əgər sizdə belə məlumatlar var idisə nəyə görə dövlət strukturlarına məlumatlar verməmisiniz?

t.ədalət 2022-06-20 15:26:23

.....Əslində onlar,Nacmuddin də daxil olmaqla, hamısı ordumuza yerləşdirilən Rusiya casuslarıdır.Rusiyada təhsil alan,arvadları rus olan zabitlərin əksəriyyəti həmin şəbəkədəndir.

Son yazılar