Menu

RUSİYANIN KEÇMİŞ DÖVLƏT KATİBİNİN BAKIDA MÜƏMMALI ÖLÜMÜ - Araşdırmalara başlanılıb

20.06.2022, 16:20
RUSİYANIN KEÇMİŞ DÖVLƏT KATİBİNİN BAKIDA MÜƏMMALI ÖLÜMÜ - Araşdırmalara başlanılıb

Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.

Bu barədə qurumun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib.

G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

Şərhlər

Kələntər 2022-06-20 19:04:54

Putin Belovejsk sazişində Burbulisin göstərdiyi xidmətləri "unutmayıb " !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol