Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq BDU-dan məlumat verilib.
Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib
Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.


Şərhlər
Əvvəla Fakultənin müəllimi olmur, 2-si, xanım-müəllimə, hər hansı bir kafedranın müəllimidirsə, fərq eləmir və onun səs yazısı, eləcə də həmin yazıda səsləndirilən, məbləğ havadan götürülməyib və yəqin ki, orada tətbiq olunur. """Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.Bu barədə "Report"un sorğusuna cavab olaraq BDU-dan məlumat verilib.""" Ortada cinayət faktı var və cinayətkar cəzasını almalıdır, işdən çıxarmaqla cinayət tez-tələsik ört-basdır edilir...
Sədaqət müəllimənin həddi nədir ki, rektordan xəbərsiz belə bir iş görsün..