Menu

Azərbaycanın basketbol yığmasının Ermənistanla matçının vaxtı açıqlanıb

20.06.2022, 18:04
Azərbaycanın basketbol yığmasının Ermənistanla matçının vaxtı açıqlanıb

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının C divizionundakı oyunlarının təqvimi açıqlanıb.

"Report"un məlumatına görə, B qrupunda yer alan yığma ilk matçını iyulun 25-də Lüksemburqa qarşı keçirəcək.

Bir gün sonra Cəbəllütariqı sınağa çəkəcək komanda iyulun 27-də Ermənistanla münbasibətilərinə aydınlıq gətirəcək. Kollektiv qrupdakı son görüşündə isə Moldova ilə üz-üzə gələcək.

C divizionu
B qrupu

II tur, 25 iyul
14:30. Azərbaycan – Lüksemburq

III tur, 26 iyul
19:00. Cəbəllütariq – Azərbaycan

IV tur, 27 iyul
19:00. Azərbaycan – Ermənistan

V tur, 28 iyul
14:30. Moldova – Azərbaycan

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol