DTX -nın SAXLADIĞI GENERALLARDAN BİRİNİN KİMLİYİ BİLİNDİ - Bakıda genişmiqyaslı əməliyyat + FOTO (Yenilənib)

"AzPolitika.info"nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu gün keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan birinin Dövlət  Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir. 

Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.  Trend-in əldə etdiyi məlumata görə, dövlət qurumlarının birində baş tutan əməliyyatda vəzifəli şəxslər saxlanılıb.

Qeydi-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda genişmiqyaslı əməliyyat keçirib.

Bakupost.az xəbər verir ki, dövlət qurumlarından birində baş tutan əməliyyatda xeyli vəzifəli şəxs saxlanılıb.

Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

635x100

Şərhlər

Energetik-ə 2022-06-22 00:26:08

Yalansa doğru olsun,amma adamın heç inanmağı gəlmir,doğrusu rabitəçilərdə əlini hər yerdən üzüb,çox cüzi sayda rabitəni bilənlər qalıb,onlarında inamı itdiyindən yeni gələn uşağ-muşağın dediyinə oturub dururlar.

Axmed 2022-06-21 22:42:36

Ehtiram Xalilov coxdan tutulmali idi. Gecikiblar. ....i. Palatka Ehtiram deyirdilar ona. Polisda saha inspektorluqdan qovulan adam yaltagligi ila General oldu! Asil badbaxt adamdir! .....

rasim quliyev 2022-06-21 15:00:30

Azterminal kompleksi butun emeliyyatlari ederken rusvet ederken guya Sefer Mehdiyevin xeberi yoxdur.Bir az terpedin gorun Aysberqin alt hissesinde neler cixir .Butun Nehrem kendini gormek isteyirsense get gomruye .Ad yaza bilmeyen bele gomrukdedir.Teki adamin olsun.Qalani problem deyil Nehremlisen kec basha

Rabitəçi. 2022-06-21 12:34:48

Deditiniz 2500 man yaxşıdır,mobil telfonların qeydiyatında ən azı 150 man mənimsənilir,indi təhlil edin ölkəyə gələn mobil telfonların 99%-zi iki-üç nömrəlikdir,bunlarsa bir nömrəni qeydə alıb digərlərinkini ciblərinə qoyurlar,nəzərə alsaqki ölkəyə bir milyondan çox mobil cihazlar daxil olur,görün nəqədər məbləğ mənimsənilir.

İslam 2022-06-21 08:44:41

Бу генералды? ..... охшайыр хеле

Energetik 2022-06-20 22:41:49

Yaqub və rabitəçiyə: Qaramaskalı qardaşlarımız hər yerdədirlər. Zamanı gələndə lazımi yerlərdə olacaqlar. Şübhəniz olmasın

Şəmi 2022-06-20 21:36:05

Zərdab poçt filialında şıdırğı alver gedir. Müdir yetimin biriydi. İndi ildə bir maşın dəyişir. Bir BMV- si vardı. Üstəlik təzəlikcə Ranc Rover də alıb. Zərdabda tək ondadı. Heç kimdən qorxmur və öz bazarındadır...

Yaqub 2022-06-20 21:30:39

Rabitəçiyə: Ölkənin idarəetmə strukturlarında son vaxtlar bir az qorxu yaranıb. Amma Azərpoçtda heç kimin tükü də tərpənmir. Hələ bir taksanı 30-50 faiz da qaldırıblar. Rayonlarda ən aşağı işçini 2500 manatdan işə götürürlər.....

Yaqub 2022-06-20 21:08:28

Rabitəçiyə: Ölkənin idarəetmə strukturlarında son vaxtlar bir az qorxu yaranıb. Amma Azərpoçtda heç kimin tükü də tərpənmir. Hələ bir taksanı 30-50 faiz da qaldırıblar. Rayonlarda ən aşağı işçini 2500 manatdan işə götürürlər. ...

Rabitəçi. 2022-06-20 19:27:22

təki Azərpoçta girməsinlər.

Son yazılar