Menu

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

20.06.2022, 18:52
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Bu gün Azərbaycanla Özbəkistan arasında keçirilən biznes forum çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün feysbuk hesabında qeyd edib.

O bildirib ki, Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq.

Nazir vurğulayıb ki, Özbəkistan-Azərbaycan biznes forumunda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələrinin əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib: “Özbəkistan iş adamlarını ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət etdik”.

Şərhlər

Resul 2022-06-20 20:20:03

Turizm agentliyinin başında nə qədərki fuad nagiyev ve onun eziz muavini azade huseynova olacaq hec zaman inkisafdan sohbet getmeyecek. Turist reqemleri ve gelir xerc arasindaki boyuk ferq bunu gosterir. Bunlar hamisi pakazuxadir heqiqet basqadir. Felaketler qarsidadir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol