Menu

Ombudsmanın maaşı artırılır

20.06.2022, 20:03
Ombudsmanın maaşı artırılır

İnsan Hüquqları üzrə Müvəkkilin maaşı artırılır.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alır. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.

Dəyişikliyə əsasən, müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq. Eyni zamanda Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Şərhlər

TT 2022-06-22 08:19:12

Derdeeee

TT 2022-06-21 05:53:37

Derdeeee

RAHİM 2022-06-20 22:19:20

Nə üçün XALQA FAYDA VERMƏYƏNLƏRİN MAAŞLARI ARTIRILDI? HALBUKİ ZƏHMƏTKEŞ XALQIN MƏVACİBİ VƏ PENSİYASI ARTMALI İDİ. NƏ VAXT AZƏRBAYCANDA ƏDALƏT ZƏFƏR ÇALACAQ?

RAHİM 2022-06-20 21:38:10

Görəsən "deputatların" VİCDANI nə var oyanacaq? Xalq acınacaqlı vəziyyətdə olduğu bir vaxtda bunlar LAYİQ OLMADIQLARI artımı əldə edirlər. Siz nə vaxt belə yardımlardan imtina edib deyəcəksiniz ki bu artımlar vətəni müdafiə edənlərə verilsin?

Putin 2022-06-20 21:28:33

Urraaaaaaa

Bax belə 2022-06-20 21:26:36

Millet çox sevinir ?

Azad 2022-06-20 21:15:02

Daha dünən bundan sonra Siyavuş i pivəni vedrəynən içəcək də...

Vətəndaş 2022-06-20 20:56:44

Məmurların talancilarin artir. Millət xalq acdır vecinə alan yoxdur

vətəndaş 2022-06-20 20:28:29

350 manat neyine bəs eləmir????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol