Menu

Rusiya Ukraynaya qarşı 200 müxtəlif adda qadağan olunmuş silahdan istifadə edib

21.06.2022, 01:04
Rusiya Ukraynaya qarşı 200 müxtəlif adda qadağan olunmuş silahdan istifadə edib

Rusiya Federasiyasının ordusu Ukraynaya qarşı 200-dən artıq müxtəlif adda beynəlxalq müqavilələrlə qadağan olunmuş silah və sursat tətbiq edib.

Bu barədə «Nyu-York Tayms » qəzeti yazıb.

Bunlar əsasən, kasetli döyüş sursatları olub, dinc əhali üçün müharibədən onillərlə sonra da ciddi təhlükə törədə bilər.

Qadağan olunmuş silahların tətbiqi nəticəsində xeyli sayda Ukrayna vətəndaşı, o cümlədən, uşaqlar həlak olub, yaralanıb. Bundan başqa, çox mühüm infrastruktur obyektləri məhv edilib.

“Bu növ silahlardan istifadə təcavüzün əvvəlindən Rusiyanın hərbi strategiyasının əsasını təşkil edib” – deyə, xəbərdə deyilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol