Menu

Təhsil naziri bağçalarda qanunsuz pul yığılmasına münasibət bildirib

21.06.2022, 12:43
Təhsil naziri bağçalarda qanunsuz pul yığılmasına münasibət bildirib

Təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) valideynlərdən qeyri-qanuni pul alınması məsələsinə münasibət bildirib.

“Report”un məlumatına görə, nazir hazırda uşaq bağçalarının əksəriyyətinin fəaliyyətini qənaətbəxş saydığını söyləyib.

E.Əmrullayev qeyri-qanuni pul yığılması məsələsinə gəlincə, bunun həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini deyib: “Yəni bu hal heç də həmişə insanlara bağlı məsələ olmur. Bəzi hallarda bağçaların infrastrukturu, onlara verilən avadanlıq və oradakı vəziyyət buna imkan vermir. Bəzi hallarda isə insanlarla, bağçanın rəhbərliyi və s. ilə bağlıdır”.

E.Əmrullayev xatırladıb ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra işçilərlə bağlı müvafiq intizam tədbirləri görülməyə başlayıb, yaxın həftələrdə yəqin ki, ictimaiyyət qərarları görəcək: “Proses davam edir və daha detallı məlumat verə bilmərəm. Ümumtəhsil müəssisələrində pul yığımlarının qarşısının alınması kifayət qədər vaxt tələb etdi. Uşaq bağçalarında da oxşar yanaşmalar tətbiq ediləcək. İstənilən halda istənilən təhsil müəssisəsində qeyri-qanuni pul yığımlarının əleyhinəyik. Dəfələrlə də belə hallar aşkarlananda hər hansı güzəşt olmadan müəssisə rəhbərləri ilə bağlı ciddi intizam tədbirləri görülür”.

Şərhlər

Xalq 2022-06-21 14:51:06

Hansı intizam tədbitindən dsnışır nazir? Aylıq pul bagçaya ödenmese uşaģı qapıdan ičəri buraxmazlar. Guya bazir bunu bilmir?

Validə 2022-06-21 14:47:29

Əgər hər ailədən baģçaya 2-3 uşaq gedirsə ayda özünüz hesablayin bədbəxt valideyn ayda nə qədər qeyri-qanuni pul ödəməlidir.Hər bayramda da müdireye, hər qrupun 2 müəlliminə və texniki işçiyə pul verilməlidir. Vay pul vermeyen uşaģın halına! Ona görə də baģça müditələri ən bahalı maşın sürûrlər. Var dövlət içində üzürlər.

Validə 2022-06-21 14:41:39

Baģçalarda valideynlər hər bir uşaq ûçûn 100 manat direktora, hər nòvbənin müəlliminə 10, texniki işčiyə 10 manat veriir. Yəni ayda 130 manat hər uşaq üçün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol